Modern.az

Meymunçiçəyi bu ölkəyə də çatdı

Meymunçiçəyi bu ölkəyə də çatdı

Dünya

29 May 2022, 00:29

Meksikada meymunçiçəyinə yoluxma halı aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Virusa yoluxan şəxs Mexikoda müalicə olunan 50 yaşlı Nyu-York sakini olub. Onun Niderlandda meymunçiçəyinə yoluxduğu bildirilir.

 

Meymunçiçəyi virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi irsinə aiddir. Bunun simptomları çiçək xəstəliyinə bənzəyir. Meymunçiçəyi virusuna yoluxmuş şəxslərdə çiçək xəstəliyində olduğu kimi qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.

 

Mütəxəssislərin fikrincə, meymunçiçəyi virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən daha az təhlükəlidir. Meymun çiçəyi virusuna yoluxanlarda xəstəliklər bir neçə həftə ərzində öz-özünə yox olur.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi