Modern.az

Dəhşətli olay: Ər arvadını amansızlıqla öldürdü

Dəhşətli olay: Ər arvadını amansızlıqla öldürdü

Hadisə

29 May 2022, 10:51

Abşeronda ər arvadını qətlə yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, bu gün saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər