Pakistanda vəzifəsindən uzaqlaşdırılan keçmiş Baş nazir İmran Xan Şahbaz Şərif administrasiyasını təhdid edib.
Modern.az "CNN"ə istinadən xəbər verir ki, İmran Xan Pakistanın ABŞ-da yetişdirilən “xainlər” tərəfindən idarə olunduğunu iddia edib.
"Bu xaricdən gətirilən hökumətə yeni seçkilər elan etmək üçün 6 gün vaxt verirəm. Əks halda, 2 milyon insanla yenidən İslamabada girəcəyəm" - deyə sabiq Baş nazir xəbərdarlıq edib.
Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsi nəticəsində İmran Xanın hökuməti süqut edib.