Türkiyənin bir neçə geyim və məişət əşyaları markası Rusiya bazarına daxil olmaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti daşınmaz əmlak və pərakəndə satış bazarının iştirakçılarına istinadən yazır.
Qeyd olunur ki, "adL", "Mudo", LTB, "Twist" və "İpekyol" brendləri Rusiyada mağazalarını açmaq üçün ticarət mərkəzləri ilə danışıqlar aparır.
Qəzetin yazdığına görə, Rusiya operatorları bir neçə qlobal miqyaslı brendin ölkəni tərk etməsindən sonra yeni şirkətlərlə əməkdaşlıq etməkdə maraqlıdırlar.
Rusiya Ticarət Mərkəzləri Şurasının sədri Dmitri Moskalenko “İzvestiya”ya açıqlamasında Rusiya ilə Türkiyə şirkətləri arasında danışıqların getdiyini təsdiqləyib.
Akif İsmayılov