Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Fransa xarici işlər naziri Katerina Kolonna arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Çavuşoğlu fransalı həmkarını yeni vəzifəsinə başlaması münasibətilə təbrik edib.
Bundan başqa, tərəflər Türkiyə-Fransa ikitərəfli münasibətlərini və Ukraynadakı son vəziyyəti müzakirə ediblər.