Almaniya martın sonundan bəri Ukraynaya diqqət çəkən heç bir xüsusi silah tədarük etməyib
Modern.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, martın 30-dan mayın 26-dək Almaniya hökumətindən Ukraynaya cəmi iki silah göndərilib, lakin onlar əsasən kiçik texnika olub.
Qəzetin istinad etdiyi sənədlərə əsasən, son tədarüklər mayın ortalarında göndərilib. Bu zaman 3000 tank əleyhinə mina və daha 1600 ixtisaslaşdırılmış tank əleyhinə mina tədarük edilib.
Məlumata görə, Ukraynaya vəd edilən 100 "Marder" zirehli texnikası və 88 "Leopard 1" tankının tədarükü məsələsi hələ həll olunmayıb, Federal Təhlükəsizlik Şurası beş həftədir bu məsələni həll etməyib.
Akif İsmayılov