Modern.az

Prezident “Xocalı” abidəsini ziyarət edib

Prezident “Xocalı” abidəsini ziyarət edib

26 Fevral 2013, 10:28

Azərbaycan Prezidenti İlham Əliyev  Xətai rayonu ərazisində ucaldılan Xocalı soyqırımı qurbanlarının abidəsini – “Ana harayı”nı ziyarət edib. Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

 

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoyublar. Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verilib

Anım mərasimində dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir