Həftəsonu Rusiyaya Donbass və Ukraynadan təxminən 34 min qaçqın gəlib, bununla da hərbi münaqişənin kəskinləşməsindən bəri Ukraynadan Rusiyaya gələnlərin sayı 1 milyon 556 min nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiyaya sığınan 1 milyondan çox qaçqının təxminən 254 min 39 nəfəri uşaqdır.