Modern.az

Fransada terror düşərgəsi - Türk düşmənləri bir araya gəldi

Fransada terror düşərgəsi - Türk düşmənləri bir araya gəldi

30 May 2022, 12:17

PKK/YPG terror təşkilatının tərəfdarları Fransanın Marsel şəhərində bir araya gəlib.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, terroru dəstəkləyənlər “İdeoloji Düşərgə” adı altında toplaşıblar.

 

Onlar PKK lideri Abdullah Öcalanın plakatını və PKK/YPG bayrağını qaldırıblar. Lakin Fransa polisi terrora dəstək məqsədilə təşkil olunan düşərgəyə müdaxilə etməyib, əksinə onlara öz çirkin planlarını gerçəkləşdirmək üçün şərait yaradıb.

 

Marseldə keçirilən toplantı Türkiyənin etirazına səbəb olub. Rəsmi Paris bununla bağlı hələ də öz mövqeyini açıqlamayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi