Modern.az

İrəvanda ara qarışdı - Etirazçılarla polis arasında toqquşma

İrəvanda ara qarışdı - Etirazçılarla polis arasında toqquşma

30 May 2022, 13:03

İrəvanda hökumət evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. 

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, etirazçılar arasında saxlanılanlar var.

 

Məlumata görə, hökumət binasına yaxınlaşan etirazçılar binanın girişindəki bariyeri yarmağa cəhd edib. Əraziyə cəlb olunan polis əməkdaşları və xüsusi təyinatlılarla etirazçılar arasında qarşıdurma yaşanıb. Təhlükəsizlik qüvvələri müxalifət nümayəndələrinə güc tətbiq edərək, onları hökumət binasının girişindən uzaqlaşdırıb.

 

Hazırda İrəvanda hakimiyyət əleyhinə etiraz aksiyaları davam edir.

 

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyalarının başlamasından bir ay ötür. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi