Modern.az

66 yaşlı kişi cinsi əlaqədən sonra yaddaşını itirdi

66 yaşlı kişi cinsi əlaqədən sonra yaddaşını itirdi

30 May 2022, 15:35

İrlandiyada 66 yaşlı kişi həyat yoldaşı ilə cinsi əlaqədən sonra yaddaşını itirib. 

 

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yer alıb.

 

Bildirilib ki, kişi xanımı ilə təmasdan sonra mobil telefonuna baxarkən təlaşa düşüb. O ayın tarixini bilmədiyini, heç nəyi xatırlamadığını söyləyib. 

 

O, dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, belə hallar 50-70 yaş arası insanlarda nadir hallarda rast gəlinir.

 

Qeyd olunub ki, yaddaşın bərpası mümkündür, lakin buna nail olmaq çətin prosesdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi