Modern.az

\"Borjomi\"də ETİRAZLAR - İşçilər tətilə başlayır

\

30 May 2022, 17:34

Gürcüstanın məşhur “Borjomi” şirkətinin əməkdaşları mayın 31-i səhər saatlarından etibarən qeyri-müəyyən müddətə genişmiqyaslı tətilə başlayacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Həmkarlar İttifaqının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, tətil iştirakçılarının əsas tələbləri ixtisar edilmiş işçilərin geri qaytarılması, maaşlarının ödənilməsi, əvvəlki iş şəraitinin bərpası, maaşların 25% artırılması, işçilərlə uzunmüddətli müqavilələrin bağlanması, işçilərin şantaj edilməsi faktlarının aradan qaldırılmasından ibarətdir.

 

Xatırladaq ki, bütün dünyada məşhur mineral su istehsalçısı “Borjomi”nin iki zavodu aprelin 30-dan Ukraynadakı müharibə üzündən yaranmış maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırıb.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi