Modern.az

Ərdoğandan görüş təklifi, Putin “hazırıq” dedi - YENİLƏNİB

Ərdoğandan görüş təklifi, Putin “hazırıq” dedi - YENİLƏNİB

30 May 2022, 21:01

Kremlin mətbuat xidməti Putin və Ərdoğanın telefon danışığı barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumata görə, liderlər Rusiya-Türkiyə əməkdaşlığı, ticarət-iqtisadi sahədə əməkdaşlıq barədə hərtərəfli fikir mübadiləsi aparıblar. Qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.

 

"Ukraynadakı vəziyyət müzakirə edilərkən Qara və Azov dənizlərində gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsinə, sularda mina təhlükəsinin aradan qaldırılmasına diqqət yönəldilib. Putin Rusiya tərəfinin türkiyəli tərəfdaşlarla əlaqəli şəkildə yüklərin maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, həm də Ukrayna limanlarından taxıl ixracına da aiddir.

 

Söhbət əsnasında Rusiyaya qarşı sanksiyalar qaldırıldığı təqdirdə Federasiyanın xeyli miqdarda gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyi təsdiqlənib", - deyə Kremldən bildirilib.

 

***

18:26

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər iki ölkə arasında mövcud münasibətləri, eləcə də bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

Söhbət zamanı Ərdoğan Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi