Modern.az

Medvedev Baydenin qərarını rasional adlandırdı

Medvedev Baydenin qərarını rasional adlandırdı

30 May 2022, 18:41

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Co Baydenin Ukraynaya uzaqmənzilli raketlər göndərilməyəcəyi ilə bağlı qərarına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Rusiya rəsmisi bu qərarın olduqca rasional olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Bayden ABŞ-ın Ukraynaya Rusiya ərazilərini vura biləcək raket sistemləri göndərmək fikrində olmadığını deyib.

 

Qərb mətbuatında ABŞ-ın Ukraynaya HIMARS adlı yüzlərlə kilometr məsafədən hədəfləri vura bilən yaylım atəşli reaktiv raket sistemləri göndərəcəyi barədə xəbərlər yayılmışdı.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi