Çinə məxsus 30 hərbi təyyarə Tayvan adasının hava hücumundan müdafiə zonasının (ADIZ) yaxınlığında uçuşlar həyata keçirib.
Modern.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çinə məxsus təyyarələrdən 22-si qırıcı, qalanı radioelektron müharibə, havadan erkən xəbərdarlıq və sualtı qayıq əleyhinə təyyarələr olub.
Tayvan Çin təyyarələrini uzaqlaşdırmaq üçün öz qırıcılarını havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.
Qeyd edək ki, Çin Tayvan adasının öz ərazisi olduğunu bildirir. Tayvan Çindən ayrıldığını və demokratik ölkə qurduğunu elan edib. Çin tez-tez Tayvanın müdafiəsini yoxlamaq üçün adanın yaxınlığına hərbi təyyarələr göndərir.
ABŞ Prezidenti Co Bayden isə bildirib ki, Çin adaya hücum etsə, Birləşmiş Ştatlar hərbi müdaxilə edəcək.
Akif İsmayılov