Modern.az

Avropa liderləri toplaşdı - Gündən Ukraynadır

Avropa liderləri toplaşdı - Gündən Ukraynadır

30 May 2022, 19:21

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən liderlər zirvəsi öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, Aİ komissiyasının sədri Ursula fon der Leyen görüş zamanı müzakirə olunan mövzuları açıqlayıb.

 

İclas zamanı liderlər Rusiya-Ukrayna müharibəsi, Ukraynaya dəstək, Rusiyaya qarşı sanksiyalar, enerji, ərzaq təhlükəsizliyi və müdafiə kimi müxtəlif mövzuları müzakirə edəcəklər.

 

Sammitin başlanğıcında çıxış edən Leyen Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı mübahisənin hələ də həll olunmadığını bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi