Türkiyə ordusu Suriyanın şimalında hücuma keçməyə hazırlaşan terrorçulara zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Suriyanın şimalındakı "Fırat Kalkanı" və "Barış Pınarı" bölgələrində əməliyyatların davam etdiyi qeyd olunub.