ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan prezidenti Serj Sərkisyanı təbrik edib. Modern.az bildirir ki, Kerri bəyan edib ki, seçki kampaniyası dövründə bütün namizədlərə bərabər şərait yaradılıb və o, ATƏT-in seçkilərlə bağlı rəyi ilə razıdır.
Dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Sərkisyana ümid etdiyini yazıb.
“İnanıram ki, ikinci müddətdə ABŞ-la birgə demokratik və iqtisadi islahatları davam etdirəcəksiniz. Mən həmçinin ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərinizi davam etdirəcəksiniz. Mən Minsk Qrupunun bununla bağlı səylərini dəstəkləməyinizi xahiş edirəm. Statu-kvonun saxlanması bizi qane edə bilməz. Biz bu zaman müddətində sülh imkanlarının əldə olunması üçün istifadə etməliyik”-deyə Kerrinin təbrikində deyilir.
X. SƏFƏROĞLU