Modern.az

Belarus Ukrayna sərhədində təlimlərə BAŞLAYIR

Belarus Ukrayna sərhədində təlimlərə BAŞLAYIR

30 May 2022, 20:49

Belarus Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəd olan Qomel vilayətində səfərbərlik təlimləri keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Belarusun "Belta" nəşri məlumat yayıb.

Təlimlər iyunun 22-dən iyulun 1-dək davam edəcək.

Bildirilir ki, təlim çərçivəsində Qomel vilayətində yerləşən poliqonlarda atəş hazırlığı tədbirləri nəzərdə tutulub.

Nəşrin məlumatına görə, təlimlər hərbi komissarlıqların döyüş və səfərbərlik hazırlığı səviyyəsinin yüksəldilməsi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçiriləcək.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi