Modern.az

Britaniyada daha 71 nəfərdə meymunçiçəyi aşkarlandı

Britaniyada daha 71 nəfərdə meymunçiçəyi aşkarlandı

30 May 2022, 21:50

Britaniyada son sutkada 71 nəfərdə meymunçiçəyi virusu aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

 

Bununla da, ölkədə meymunçiçəyinə yoluxanların sayı 179-a çatıb.

 

Qeyd edək ki, meymunçiçəyi virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi irsinə aiddir. Bunun simptomları çiçək xəstəliyinə bənzəyir.

 

Meymunçiçəyi virusuna yoluxmuş şəxslərdə çiçək xəstəliyində olduğu kimi qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.

 

Mütəxəssislərin fikrincə, meymunçiçəyi virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən daha az təhlükəlidir. Meymunçiçəyi virusuna yoluxanlarda xəstəliklər bir neçə həftə ərzində öz-özünə yox olur.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi