Modern.az

Sərnişin avtobusu ilə avtomobilin toqquşma anı - VİDEO

Sərnişin avtobusu ilə avtomobilin toqquşma anı - VİDEO

31 May 2022, 12:43

Sosial şəbəkələrdə ötən gün Hövsan qəsəbəsində marşrut avtobusu ilə minik avtomobilinin toqquşmasının görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, videonu jurnalist Asif Bağırov ictimailəşdirib.

 

Onun yaydığı görüntülərdən məlum olur ki, qəza “BMW” markalı minik avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.

 

Belə ki, avtomobil köməkçi yoldan əsas yola çıxarkən idarəetmədən çıxaraq 132 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun önünə doğru hərəkət edib. Nəticədə toqquşma qaçılmaz olub, 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Elmar HÜSEYNOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir