Türkiyənin Siirt vilayətinin Pervari bölgəsində terrorçuların basdırdığı əldəqayırma partlayıcı qurğu işə düşüb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, partayış nəticəsində Türkiyə ordusunun 2 hərbi qulluqçusu yaralanıb. Yaralılar helikopterlə xəstəxanaya aparılıb. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bölgədə terrorçulara qarşı əməliyyat aparılır.
Akif İsmayılov