İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə nazir tviterdə yazıb.
"Görüşdə Azərbaycanda həyata keçirilən və icrası nəzərdə tutulan layihələr, ölkəmizin iqtisadi inkişafı, investisiya imkanları və Bankla əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq", - o qeyd edib.