Modern.az

Güclü yağış 100 nəfərin həyatına son qoydu

Güclü yağış 100 nəfərin həyatına son qoydu

Dünya

31 May 2022, 21:35

Braziliyanın müxtəlif bölgələrində güclü yağış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Sakinlər əsasən sel və torpaq sürüşmələri nəticəsində həlak olublar.

 

Mayın 25-dən başlayan yağış nəticəsində 16 nəfərin itkin düşdüyü bildirilib. Bundan əlavə, təxminən 6200 nəfərin təbii fəlakət səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı, 24 şəhərdə fövqəladə vəziyyət elan olunduğu qeyd edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi