Avropa İttifaqının (Aİ) liderləri üzv ölkələrin müdafiə sənayesini inkişaf etdirmək və hərbi xərcləri artırmaq barədə razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel məlumat verib.
"Biz razılaşdıq ki, bu sahəyə daha çox və daha yaxşı, daha səmərəli sərmayə qoymalıyıq", - deyə o qeyd edib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ hərbi gücə çevrilməlidir, bunun üçün Avropa dövlətləri müdafiə xərclərini artırmalıdır.
Akif İsmayılov