Müsavat Partiyasının üzvü Nigar Yaqublunun şikayəti üzrə Sumqayıt şəhər Apelyasiya Məhkəməsində növbəti proses keçirilib. Modern.az-ın məlumatına görə, məhkəmə prosesində N.Yaqublunun vəkilləri Adil İsmayılov və Nemət Kərimli iştirak ediblər. Nigar Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı qaldırılan vəsatət bu dəfə də təmin edilməyib.
Prossesin yekununda Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin hakimləri Abşeron rayon Məhkəməsinin Nigar Yaqublu barəsində çıxardığı hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, N.Yaqublu Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrum edilib.
Anar RÜSTƏMOV