Modern.az

Bakcell eSIM istifadəyə verdi - Azərbaycanda ilk

Bakcell eSIM istifadəyə verdi - Azərbaycanda ilk

1 İyun 2022, 11:50

Bakcell şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq eSIM istifadə edəcəklər. Bununla da
plastik SIM karta ehtiyac qalmayacaq.

 

Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmanı və
rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM
kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

 

Bakcell virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini virtual SIM karta keçirmək
üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla
skan etmək lazımdır.

 

Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı
məlumat almaq üçün //www.bakcell.com/az/esim səhifəsinə keçin.

 

Qeyd edək ki, bu, Bakcell tərəfindən son bir ay ərzində tətbiq olunan ikinci nəhəng texnoloji
yenilikdir. Bu yaxınlarda şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası
istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı