Azərbaycanda təşkil olunan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı xaricdə yaşayan bir sıra istedadlı və bilikli gənclərimizin də tanınmasına və yeni uğurlar qazanmasına səbəb olub.
Modern.az xəbər verir ki, yarışmada "Yaşıl texnologiyalar" mövzusunda C kateqoriyası üzrə 1-ci yeri tutan Azərbaycan diasporunun təmsilçisi Orxan Əmiraslanov Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramının qonağı olub.
Xaricdə uğurlu fəaliyyəti ilə fəxrimizə çevrilən soydaşımız uğur qazanmaq, özünə inanmaq, müasir texnoloji tətbiqlərin azərbaycanlı gənclər arasında təbliği və özünün həyat fəlsəfəsi ilə bağlı suallara maraqlı cavablar verib.