Modern.az

Deputatlar Kambocaya gedirlər

Deputatlar Kambocaya gedirlər

1 İyun 2022, 16:16

Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, deputatlar seçkiləri izləmək üçün Kamboca Krallığının parlamenti tərəfindən dəvət alıblar.

 

Onlar bir sıra seçki məntəqələrinə gedərək buradakı şəraitlə tanış olacaq, prosesin gedişatını və seçicilərin fəallığını izləyəcəklər.

 

Səfər iyunun 8-də başa çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza