Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Baş nazir rəsmi mərasimlə qarşılanıb.
Liderlər arasında ikitərəfli görüş baş tutub. Daha sonra tərəflərin geniş tərkibdə görüşü keçirilib.