Modern.az

Bakının bu tollarında tıxac var

Bakının bu tollarında tıxac var

1 Aprel 2022, 20:42

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

 

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda Abdulvahab Salamzadə küçəsi ilə kəsişmədən, əsasən Xutor dairəsindən, Atatürk prospekti ilə kəsişməyə qədər olan hissəsində - kənar yolda, Koroğlu metro stansiyası istiqamətində

 

2. Tbilisi prospektində 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində

 

3. Şəmsi Bədəlbəyli küçəsinin, Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində

 

4. Şah İsmayıl Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində

 

5. 28 May küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində

 

6. Dilarə Əliyeva küçəsinin, Aleksandr Puşkin küçəsi ilə kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində

 

7. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Mərdanov qardaşları küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində

 

8. Heydər Əliyev prospektində, Koroğlu metro stansiyası istiqamətindən, Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən, eyni zamanda Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru

 

9. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində

 

10. Bülbül prospektində, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla, Həzi Aslanov küçəsi ilə kəsişmədən,Neftçilər prospekti istiqamətində

 

11. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən başlayaraq, Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Ziya Bünyadov prospekti istiqamətində, eyni zamanda Ceyhun Səlimov küçəsi ilə kəsişmədən, Qələbə dairəsinə qədər olan hissəsində

 

12. İstiqlaliyyət küçəsində, İçərişəhər metro stansiyasının qarşısından Niyazi küçəsinə doğru, Azneft dairəsi istiqamətində

 

13. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində, eyni zamanda Akademik Həsən Əliyev küçəsi istiqamətində

 

14. Gülarə Qədirbəyova küçəsində Şah İsmayıl Xətai prospekti istiqamətində

 

15. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində

 

16. Zərifə xanım Əliyeva küçəsində, Azadlıq prospekti ilə kəsişmədən, Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər olan hissəsində

 

17. Təbriz küçəsinin Əliağa Vahid küçəsi ilə kəsişməsindən, Əhməd bəy Ağa oğlu küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Nəriman Nərimanov metro stansiyası istiqamətində

 

18. Yusif Səfərov küçəsinin, Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində

 

19. Rəşid Behbudov küçəsinin, Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən, Dilarə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində

 

20. Bakı – Sumqayıt şossesində, Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində

 

21. Moskva prospektində, əsas yol və köməkçi yolda, 20 Yanvar dairəsi istiqamətində

 

22. Səməd Vurğun küçəsinin Həzi Aslanov küçəsi ilə kəsişməsindən, Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi