Modern.az

Müharibə daha bir neçə ay davam edəcək

Müharibə daha bir neçə ay davam edəcək

Dünya

1 İyun 2022, 22:24

“Ukraynadakı müharibənin daha bir neçə ay davam edə biləcəyini düşünürük və döyüşlərin tezliklə başa çatması ilə bağlı heç bir əlamət görmürük".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib. 

 

O, Ukraynada müharibənin davam edəcəyini bildirib.

 

"Biz münaqişənin necə və nə vaxt həll olunacağını təxmin edə bilmərik. Bugünkü ən yaxşı hesablamalarımıza görə, münaqişə aylarla davam edəcək. Rusiya təcavüzü dayandırmaq qərarına gəlsə, hər şey sabah bitə bilər", - Blinken qeyd edib. 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi