Modern.az

Avropa ölkəsi Koreyadan tank almaq istəyir

Avropa ölkəsi Koreyadan tank almaq istəyir

Ədəbi̇yyat

1 İyun 2022, 23:17

Polşa Cənubi Koreyadan K2 tankları almaq üçün danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyaya səfəri zamanı Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

 

Polşa ordusunun inventarında olan Sovet dövründən qalma tankarı dəyişdirmək istəyir. Nazir Koreyanın bu məsələdə Polşaya kömək etmək istədiyini bildirib.

 

O, tankların Polşada istehsal olunmasını istədiyini vurğulayıb.

 

“Biz həmçinin MiQ-29 və Su-22 təyyarələrini yeniləri ilə əvəz etmək istəyirik”, - deyə Blaşçak qeyd edib.

 

Xatırıladaq ki, Polşa ordunun arsenalında olan Sovet dövründən qalma texnikaları Ukraynaya verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!