Məşhur aktyor Conni Depplə keçmiş həyat yoldaşı Amber Herd arasında məhkəmə prosesi başa çatıb və məhkəmənin qərarı açıqlanıb.
Modern.az xəbər verir ki, hakimlər Conni Deppin haqlı olması barədə qərar verib.
Məhkəmə belə qərara gəlib ki, Amber Herdin ittihamları məşhur aktyoru ləkələmək üçün nəzərdə tutulub. Hakimlər Heardın evlilikləri ilə bağlı iddialarının "yalan" olduğunu və insanlara böhtan atdığını bildirib.
Hakim heyəti Deppə 15 milyon dollar təzminat ödənilməsi barədə qərar çıxarıb.
Heard 2018-ci ildə "Washington Post" qəzetinə yazdığı məqalədə məişət zorakılığının qurbanı olduğunu bildirib, bundan sonra Depp keçmiş həyat yoldaşına qarşı böhtan iddiası qaldırıb və 50 milyon dollar təzminat tələb edib.
Akif İsmayılov