Modern.az

Jurnalistlər üçün təlim keçirilir

Jurnalistlər üçün təlim keçirilir

2 İyun 2022, 10:46

Medianın İnkişafı Agentliyi (MEDİA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün təlimlər keçirir. 

 

Modern.az xəbər verir ki, "Mediada gender bərabərliyi və peşəkarlıq" adlı təlim iki gün davam edəcək. 

 

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimi girişi sözü ilə açıblar.

 

Təlimdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, MEDİA-nın nümayəndəsi Pərvanə İbrahimova, media eksperti Aynur Bəşirli, hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və başqaları müxtəlif mövzularda çıxış edəcəklər.

 

Sonda iştirakçılara sertifikatlar veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu