XX əsrin məşhur kino ulduzlarından olan Merilin Monronun şəxsi əşyaları hərraca çıxarılacaq.
Modern.az xəbər verir ki, aktrisanın əşyaları "Hollivud əfsanələri" hərracında alıcılara təqdim olunacaq.
Məlumata görə, mərhum aktrisanın satışa qoyulan əşyaları arasında şəffaf muncuqlarla işlənmiş qızıl sırğalar, 1953-cü ildə çəkilmiş “Centlmen Prefer Blondes” filmində geyindiyi parlaq çimərlik paltarı da var. Geyimin başlanğıc qiymətinin 100 min dollar olduğu deyilir.
Bundan başqa, Monronun 1954-cü ildə “İstədiyini aldıqdan sonra, istəməsən” adlı musiqili filmdə göründüyü dəbdəbəli libası 80-100 min dollar dəyərində qiymətləndirilir. Hərraca çıxarılanlar arasında krem rəngli sandaletlər və aktrisanın bir vaxtlar geyindiyi açıq bej ayaqqabılar diqqət çəkir.
Geyimlərlə yanaşı, aktrisanın digər əşyaları - 1955-ci ildə yazdığı qeyd (3-5 min dollar) və gecikmiş ödənişlər və cərimələr üçün qəbz olan "AFTRA" kartı (hələlik qiyməti müəyyən edilməyib) hərrac boyu yeni alıcısını tapması üçün nümayiş olunacaq.
Hərrac iyulun 15-dən etibarən onlayn formatda keçiriləcək.