Modern.az

Rusiya Ukrayna ərazisinin 20%-ni işğal edib

Rusiya Ukrayna ərazisinin 20%-ni işğal edib

2 İyun 2022, 14:42

Rusiya ordusu Ukrayna ərazisinin 20%-nə nəzarət edir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

O deyib ki, Ukrayna Silahlı Qüvvələri bu günə qədər 1017 yaşayış məntəqəsini ruslardan azad edib.

 

“Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Bunlardan 1017-si azad edilib. Hazırda ərazimizin təxminən 20%-i işğalçıların nəzarəti altındadır”, - deyə Zelenski çıxışında vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi