Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalievi saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" agentliyi məlumat yayıb. saxBaş Prokurorluq əməkdaşları tərəfindən saxlanılan nazir korrupsiyada ittiham olunur.
Sosial şəbəkələrdə Beyşenalievi xüsusi təyinatlılar tərəfindən həbs edildiyi barədə videolar yayılıb.
Məlumata görə, Qırğızıstan bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan koronavirus əleyhinə pulsuz vaksinlər alsa da, nazirin göstərişi ilə 2021-ci ildə xarici şirkətlərdən əsassız olaraq daha 2 milyon 460 min doza vaksin alınıb.