Modern.az

Gəncə Dövlət Universiteti müəllimlərin işdən çıxarılması xəbərinə aydınlıq gətirdi

Gəncə Dövlət Universiteti müəllimlərin işdən çıxarılması xəbərinə aydınlıq gətirdi

27 Fevral 2013, 12:55

Bu gün mətbuatda Gəncənin icra başçısı Elmar Vəliyevin göstərişindən sonra Gəncə Dövlət Universitetinin (GDU) işdən azad olunmaq üçün məcburi qaydada ərizə yazan prorektor, şöbə müdiri, dekanların siyahısı verilib. Bildirilib ki, Prezidentin məlum müşavirəsindən bir neçə gün sonra, fevralın 19-da GDU-nun ümumi məsələlər üzrə prorektoru Məmməd Nuriyev, tədris hissə üzrə prorektor Yusif Yusifov, tərbiyə işləri üzrə prorektor Asif Cavadov, təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Əsədov, GDU-da Həmkarlar İttifaqının sədri Rüstəm Bağırov, tədris şöbə müdiri Mübariz Əliyev, dəftərxana müdiri Elmira Kərimova, Kadrlar şöbəsinin müdiri Gülçöhrə Tağıyeva ərizə yazaraq işdən çıxıblar.

Modern.az vasitəsilə məsələyə aydınlıq gətirən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I  müavini Mikayıl Zeynalov bildirib ki, icra başçısının universitet müəllimlərini nə işə qoyur, nə də işdən kənarlaşdırır: “Bu yanlış məlumatdır. Bununla bağlı Gəncə Dövlət Universiteti məsələyə daha yaxşı aydınlıq gətirə bilər”.

Gəncə Dövlət Universitetinin nəşriyyat şöbə müdiri Gülnarə Cəfərova isə məlumatın yalan olduğunu bildirib.
“Hazırda adını çəkdiyiniz bütün müəllimlər universitetdədir. Onların heç biri işdən çıxarılmayıb. Bütün məlumatlar əsassızdır”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular