Modern.az

İlham Əliyev və xanımı Saakaşvilini qarşıladı - FOTOLAR

İlham Əliyev və xanımı Saakaşvilini qarşıladı - FOTOLAR

27 Fevral 2013, 16:33

Fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Daha sonra fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gürcüstan Prezidenti Mixail Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Mixail Saakaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular