Modern.az

İsmət Abbasovun Paris görüşləri - FOTO

İsmət Abbasovun Paris görüşləri - FOTO

27 Fevral 2013, 16:45



Kənd təsərrüfatı naziri İsmət Abasov 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Fransada rəsmi səfərdədir. Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Səfər çərçivəsində İsmət Abasov Fransanın süd istehsalı və emalı sahəsində ixtisaslaşan “Lactalis” şirkətinin icraçı direktoru Mişel Nalet ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda süd istehsalının artırılmasına və süd emalının təşkili sahəsində birgə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə nazir İsmət Abasov şirkətin nümayəndələrini Azərbaycana dəvət edib.
Daha sonra nazir İsmət Abasov Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Bernard Vallat ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikasının baytarlıq haqqında qanununun və bu mövcud olan müvafiq hüquqi-normativ aktların bu təşkilatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanda idman atlarının beynəlxalq yarışlarda iştirak etməsi üçün tələb olunan normalara yenidən baxılması və bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Bu istiqamətdə təşkilat əməli dəstək göstərilməsi məqsədilə Azərbaycana mütəxəssislərin göndərilməsi barədə ümumi razılıq əldə edilib.

  İsmət Abasov Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi Rinqolds Arnitis ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası ilə bu təşkilat arasında ümumi əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə olundu və bu kontekstdə 2011-ci ildə Bakı şəhərində yüksək səviyyədə təşkil edilmiş EPPO-nun Avropa regionuna daxil olan üzv ölkələrinin toplantısının təşkilatla səmərəli əməkdaşlığın göstəricisi kimi vurğulanıb. Görüşdə Azərbaycanın bitki mühafizəsi və fitosanitariya sahəsində imkanlarının gücləndirilməsi məqsədilə EPPO ilə birgə fəaliyyətlər və layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.    

İsmət Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının (BÜŞT) baş direktoru Federiko Kastelluççi ilə görüş keçirərək Azərbaycanın bu təşkilata hazırda üzvolma prosesinə dair fikir mübadiləsi aparıb. F.Kastelluççi Azərbaycanın bu təşkilata üzvlük təşəbbüsünə görə minnətdarlığını ifadə etdi və təşkilatın 2013-cü ilin iyun ayında üzv ölkələrin iştirakı ilə keçiriləcək toplantısında Azərbaycanın BÜŞT-ə rəsmən üzv kimi qəbul olunacağını bildirib. Bununla yanaşı, görüş zamanı müqabil tərəf Azərbaycan şərablarının keyfiyyətindən məmnunluğunu ifadə edərək bu şərabların keyfiyyətinin və ixrac qabiliyyıtinin artırılması məqsədilə beynəlxalq standartların Azərbaycanda daha geniş tətbiqinə nail olmaq üçün təşkilatla sıx əməkdaşlığın vacibliyi qeyd olunub. Bununla yanaşı, 2012-ci ildə Azərbaycanda keçirilmiş 1-ci şərab festivalı və cari ildə keçirilməsi planlaşdırılan 2-ci şərab festivalının Azərbaycanın üzüm və şərab sahələrinin inkişafına böyük önəm verdiyinin göstəricisi kimi qiymətləndirilib.  

Səfər davam edir…

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular