Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə bu gün keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
İmtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib. Bildirilib ki, imtahan nəticələri yaxın 2 həftə ərzində elan olunacaq.