Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində namizəd olacağı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.
AKP rəsmisi Xalq Alyansının namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu deyib.
"Nəhayət, bu mövzuda qərara gəldik", - deyə AKP rəsmisi vurğulayıb.
Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və Milliyyətçi Hərəkat Partiyası (MHP) daxildir. Müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar.
Akif İsmayılov