ABŞ Prezidenti Co Baydenin bu ayın sonu Yaxın Şərqə planlaşdırılan səfəri təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə şənbə günü "Axios" agentliyi ABŞ və İsrail hökumətlərindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, səfərin iyul ayının sonu həyata keçirilməsi planlaşdırılır. Səfərin təxirə salınmasına səbəb Baydenin Avropaya səfəri ilə bağlı gərgin iş qrafiki olub.
Qeyd edək ki, Yaxın Şərqə səfəri çərçivəsində Bayden doqquz ərəb dövlətinin liderlərinin iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən sammitdə iştirak edəcək. O, İsrail və Fələstinə də səfər etməyi planlaşdırır.
Akif İsmayılov