Modern.az

Rusiya Qərb silahlarını qoz kimi sındırırPutin

“Rusiya Qərb silahlarını qoz kimi sındırır” - Putin

Dünya

4 İyun 2022, 21:33

“Rusiya zenit qüvvələri Ukraynanın onlarla silahını məhv edib”.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli mətbuata müsahibəsində bildirib.

Bazar günü yayımlanacaq müsahibədən bəzi hissələr Rusiyanın dövlət xəbər agentliyində yayımlanıb.

Putin ABŞ-ın tədarük etdiyi silahlarla bağlı suala cavabında deyib ki, Rusiya bunun öhdəsindən asanlıqla gəlir və artıq onlarla silahı məhv edib.

“Bizim zenit sistemlərimiz onları qoz kimi sındırır. Onlarla silah məhv edilib”, - deyə Putin bildirib.

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi