Bu gün axşam saatlarında Ermənistanda zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Episentrdə zəlzələnin gücü 3-4 bal qeydə alınıb.
Zəlzələ Qeğarkunik rayonunun Qavar şəhərində 2-3, Şorca kəndində isə 3 bal gücündə hiss olunub. Yeraltı təkanlar sakinlər arasında təşviş yaradıb.
Akif İsmayılov