Modern.az

Nazirlik 400  tələbəyə kredit verməkdən İMTİNA ETDİ

Nazirlik 400  tələbəyə kredit verməkdən İMTİNA ETDİ

Təhsil

6 İyun 2022, 11:10

Təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin son statistikası açıqlanıb.

 

Təhsil Tələbə Kredit Fondundan Modern.az-a verilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.

 

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

 

Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu