Modern.az

Büdcənin icrası yenidən müzakirəyə çıxarıldı

Büdcənin icrası yenidən müzakirəyə çıxarıldı

6 İyun 2022, 11:48

Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 6-da keçirilən iclasının gündəliyinə daxil edilib.

 

İclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açaraq, qanun layihəsi barədə məlumat verib.

 

İclasda Milli Məclisin deputatları ilə yanaşı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Hesablama Palatasının nümayəndələri də iştirak edirlər.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?