Modern.az

Bu məktəblər onlayn tədrisə keçir - SİYAHI

Bu məktəblər onlayn tədrisə keçir - SİYAHI

Təhsil

6 İyun 2022, 14:10

Bakıda keçiriləcək "Formula 1" yarışması ilə əlaqədar 6-14 iyun tarixlərində bir neçə məktəbdə tədris onlayn qaydada təşkil ediləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 

C.Valehov qeyd edib ki, bunlar 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələridir.

 

Nazirlik rəsmisinin sözlərinə görə, bu barədə məktəb və valideynlərə məlumat verilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu