Modern.az

Elmi kadr potensialı: namizədlik və doktorluq üzrə təhsil alanların SAYI

Elmi kadr potensialı: namizədlik və doktorluq üzrə təhsil alanların SAYI

Təhsil

6 İyun 2022, 17:36

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 117 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib. Onlarda 54,4 faizi qadın olmaqla 3321 nəfər təhsil alıb ki, bu da ötən ilin göstəricisindən 4,2 faiz coxdur. Təhsil alanların 77,1 faizi fəlsəfə, 22,9 faizi isə elmlər doktoru proqramları üzrə oxuyub.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məliumatında bildirilib.


Təhsil alanların 35 faizi elmi müəssisə və təşkilatlarda, 65 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda oxuyub. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 32,6 və 67,4 faiz, elmlər doktoru proqramı üzrə isə 42,9 və 57,1 faiz təşkil edib.


Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,5 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 32,9 faizi 40 yaşadək olan şəxslərdir.


Fəlsəfə doktoru proqramı üzrə 2559 nəfərin 555-i iqtisad, 310-u filologiya, 302-i texnika, 184-ü tibb, 163-ü aqrar, 113-ü biologiya, 112-si siyasi, 96-sı hüquq, 93-ü tarix, 91-i yer elmləri, 85-i riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.


Doktorantlardan 170 nəfər filologiya, 103 nəfər aqrar, 75 nəfər iqtisad, 59 nəfər texnika, 50 nəfər tarix, 38 nəfər biologiya, 37 nəfər kimya, 34 nəfər tibb, 32 nəfər sənətşünaslıq, 29 nəfər pedaqogika, 26 nəfər yer elmləri, 24 nəfər hüquq, 23 nəfər siyasi elmlər, 20 nəfər fizika, 42 nəfər isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.


2020-ci illə müqayisədə 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış    38,8 faiz artaraq 494 nəfər, elmlər doktoru proqramı üzrə isə ötən ilin səviyyəsində qalaraq 84 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı 12,1 faiz artaraq 612 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 3,9 faiz artaraq 160 nəfər təşkil edib.


Bununla yanaşı, 2021-ci ildə fəlsəfə doktoru proqramı üzrə 402 dissertant təhkim olunub ki, onların da 65,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 135 nəfəri qadın olmaqla 263 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi elmin tibb, yer elmləri, biologiya, iqtisad, fizika, filologiya, texnika, aqrar və riyaziyyat sahələri üzrə təhkim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu